SON DƏQİQƏ: ABŞ və Rusiya arasında gərginlik - QIRICILAR HAVAYA QALDIRILDI

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135W tipli strateji kəşfiyyat təyyarəsi Sakit okean üzərində uçarkən Rusiya sərhədlərinə yaxınlaşıb.
Redaktor.az xəbər verir ki, ABŞ təyyarəsi sərhədə yaxınlaşdıqda, Rusiyanın radar sistemləri işə salınıb. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-35 tipli döyüş təyyarəsi radar xəbərdarlığından sonra havaya qalxıb və sərhədə yaxınlaşan təyyarəyə oradan uzaqlaşması üçün xəbərdarlıq edib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada ABŞ-a məxsus təyyarənin sərhəddən uzaqlaşdırıldığı bildirilib.
Təyyarəyə müdaxilənin beynəlxalq qaydalara uyğun olaraq həyata keçirildiyi vurğulanıb.
Orxan İsmayılov / Redaktor.az