Bu ölkədə dronlardan görün nə üçün istifadə edilir - TƏƏCCÜBLƏNƏKSİNİZ

 20:15 11.06.2021     135

Malayziya polisi COVID-19-a yoluxmanın qarşısının alınması tədbirləri çərçivəsində ictimai yerlərdə yüksək temperaturlu insanları aşkar etmək üçün pilotsuz təyyarələrdən istifadə edir.

Redaktor.az xəbər verir ki,  yerdən 20 metrə qədər hündürlükdən insanların hərarətini təyin edə bilən pilotsuz təyyarələr, kiminsə yüksək hərarəti olduğu təqdirdə səlahiyyətlilərə xəbərdarlıq etmək üçün qırmızı işıq yayır.

 Malayziya, may ayının sonunda gündə 9000-dən çox yoluxma qeydə alınmasının qarşısını almaq üçün keçən həftə ümumi karantin tətbiq edib.

O vaxtdan bəri gündəlik xəstələrin sayı azalsa da, baş səhiyyə direktoru Nur Hişam Abdullah, yeni infeksiyaların və ölümlərin çoxunun bilinməyən təmaslardan qaynaqlanması ilə bağlı xəbərdarlıq edib.

Təcrid qaydalarına görə, yalnız iki ailə üzvünün əsas ehtiyacları almaq, təmassız idman növləri ilə məşğul olmaq və ya tibbi yardıma ehtiyac olanda çölə çıxmasına icazə verilir. Məktəblər vı ticarət mərkəzləri bağlıdır.//Lent.az