Bu ölkədə güclü zəlzələ OLDU

 21:45 11.06.2021     379

İyunun 11-də İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Redaktor.az  xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Qorontalo şəhərindən 147 kilometr cənub-şərqdə, ocağı 88 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.//Axar.az