Türkiyədə milyard dollarlıq qızıl yatağı TAPILDI

 04:00 12.06.2021     129

Türkiyənin şərqində dəyəri milyard dolları keçə biləcək qızıl yataqları tapılıb. 

Redaktor.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə ölkənin sənaye və texnologiya naziri Mustafa Varank yeni mədənin açılışında deyib.

Onun sözlərinə görə, böyük bir rəngli metal yatağı, Aqra vilayətinin Mollakara kəndi yaxınlığında qızıl hasilatı şirkəti Koza Altın tərəfindən aşkar edilib.
Mədəndəki qızıl ehtiyatı 20 tona yaxındır və dəyəri 1,2 milyard dollardan yuxarıdır.//Lent.az