"Rusiya bir nömrəli tərəfdaşımızdır" - PAŞİNYAN

 14:20 13.06.2021     248

"Ermənistan Rusiya ilə təhlükəsizlik sahəsində əlaqələri dərinləşdirməyi prioritet hesab edir".

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Eqvardda seçkiqabağı kampaniyasında çıxışında deyib.

“Rusiya ilə strateji əməkdaşlığımızı inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəyik. Rusiya təhlükəsizlik sahəsində bizim bir nömrəli tərəfdaşımızdır”, - Paşinyan bildirib. //Axar.az