"Putin avtokratdır!" - BAYDEN

 23:40 13.06.2021     261

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini "avtokrat" adlandırıb.

Redaktor.az xəbər verir ki, Bayden Putinlə baş tutacaq görüşdə Rusiyanın mövqeyində bir dəyişiklik olacağına zəmanət vermədiyini də vurğulayıb.

"Bir insanın və ya bir ölkənin mövqeyini dəyişdirə biləcəyimə dair heç bir zəmanət yoxdur. Avtokratlar böyük bir gücə sahibdirlər, cəmiyyət qarşısında cavab vermək məcburiyyətində deyillər". //Axar.az.