Slovakiya millisinin qaldığı oteldə yanğın baş verib

 15:50 14.06.2021     229

AVRO-2020-nin iştirakçısı olan Slovakiya millisinin qaldığı oteldə yanğın baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərindəki “Avropa” otelində yaşanıb.

Yanğını söndürmək üçün bir qrup yanğınsöndürən otelə gəlib. Onlar mətbəxdə başlayan təhlükənin böyüməsinin qarşısını ala bilib.

Qeyd edək ki, Slovakiya AVRO-2020-də ilk oyununu sabah Polşaya qarşı keçirəcək. //APA