NATO-nun növbəti sammiti İspaniyada keçiriləcək

 17:25 14.06.2021     240

NATO-nun növbəti Zirvə toplantısı 2022-ci ildə İspaniyada keçiriləcək.

Redaktor.az xəbər verir ki, bunu Litva prezidenti Qitanas Nauseda Brüsseldə bildirib.

Qeyd edək ki, alyansın sammiti iyunun 14-də Brüsseldə keçirilir. Zirvə toplantısında NATO-nun 2030-cu ilədək yeni strateji konsepsiyası, Rusiya və Çinə dair məsələlər, texniki inkişafın güclənməsi, iqlim dəyişməsinə qarşı mübarizə, kiber məkan və kosmosda təhdidlər müzakirə olunur. //Rerport.az