"Ərdoğan mənə dedi ki, bu ölkədəki muzdlular..." - MAKRON

 05:06 15.06.2021     239

Liviya ilə bağlı Ərdoğanla birgə işləyəcəyik.

Redaktor.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü barədə danışarkən deyib.

"Liviyadakı hədəfimiz atəşkəsi qorumaq və seçki hədəfinə çatmaqdır. Ərdoğan muzdluları Liviyadan geri çəkmək istəyini mənə təsdiqlədi. Düşünürəm ki, bu, irəli doğru atılmış vacib bir addımdır. Önümüzdəki həftələrdə onunla birlikdə çalışacağıq", - Makron bildirib. //Axar.az