Türkiyədə 1800 yaşlı qadın heykəli tapılıb

 08:45 15.06.2021     288

Türkiyənin İzmir vilayətində arxeoloqlar yaşı 1800 ilə yaxın olan qadın heykəli tapıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Heykəl bir vaxtlar Metropolis antik şəhərinin yerləşdiyi Torbalı rayonu ərazisində tapılıb.

Qeyd edək ki, ötən il Türkiyənin Antalya şəhəri yaxınlığında Ellinizm dövrünə aid 1700 yaşlı qadın heykəli tapılmışdı. //Axar.az