ABŞ-da kimya zavodunda yanğın olub

 09:44 15.06.2021     499

ABŞ-ın Rokton şəhərində (İllinoys ştatl) yerləşən "Chemtool kimyəvi zavodunu alovlar bürüdü, bu da insanların təxliyyə edilməsini məcbur edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə "NBC News" xəbər verib.

Yanğın yerli vaxtla səhər saat 7:30 radələrində başlayıb. Zavod rəhbərliyi işçilərinin hamısının təhlükəsiz yerdə olduğunu bildirib.

Yanğinsöndürənlər yanğını lokallaşdırıb, ancaq zavod yanmağa davam edir.

Yanğının səbəbi hələki məlum deyil. //Trend.az