SON DƏQİQƏ: Putindən sərt açıqlama: "Bizi uşaq kimi aldatdılar və..."

 12:26 15.06.2021     784

“NATO-nun şərqə doğru hərbi fəaliyyətini genişləndirməsi narahatlıq doğurur”.

Redaktor.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Rusiyanın hərbi təlimlərindən sonra NATO-nun müdafiə xarakterli məşqlər keçirməsi açıqlaması həqiqətə uyğun deyil:

“Belə müdafiə olur? Qorbaçovdan soruşun, SSRİ dönəmində şifahi də olsa NATO şərqə genişlənməyəcəyi barədə söz vermişdi. Harada qaldı bu vədlər?”

Jurnalistin, "Genişlənməyəcəyinə dair vədlər harada yazılıb? sualına V.Putin belə cavab verib:

“Afərin sizə! Haqlısız, bizi uşaq kimi aldatdılar. Hər şeyi rəsmiləşdirmək lazımdır”. //Metbuat.az