Kadırova görə MMA-nın ən güclü döyüşçüsü kimdir?

 17:57 15.06.2021     228

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov hesab edir ki, İsveçi təmsil edən çeçen əsilli Həmzət Çimayev qarışıq döyüşdə ən güclü idmançıdır.

Redaktor.az bildirir ki, bu barədə “Çeçnya seqodnya” məlumat yayıb.

“Yəqin ki, artıq Çimayev ən güclüdür, çünki Həbib idmanı tərk etdi”, - deyə Kadırov bildirib.

“Nurməhəmmədov öz zamanında daha yaxşı idi və bunu sübut etdi. Həbib hədəflərinə çatdı və idmandan ayrıldı. İndi gənc döyüşçülərə kömək edir. Öz liqası, öz işi var”.

Qeyd edək ki, hər iki döyüşçü - Nurməhəmmədov və Çimayev məğlubiyyətsiz döyüş ustalarıdır. Həbib 29 döyüşdən ardıcıl 29 qələbə qazanıb. Həmzət isə doqquz döyüşdə doqquz dəfə qələbəyə sevinib. //Oxu.az