İndoneziyada güclü zəlzələ olub - Sunami təhlükəsi

 15:05 16.06.2021     485

İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az bildirir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Amahay şəhərindən 70 km məsafədə qeydə alınıb. Zəlzələnin ocağı 10,6 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Orxan İsmayılov / Redaktor.az