SON DƏQİQƏ: Putinlə Bayden görüşdü - VİDEO

 16:11 16.06.2021     788

Rusiya Prezidenti Vladimir Putinin Ağ Ev rəhbəri Co Baydenlə görüşü baş tutub.

Redaktor.az xəbər verir ki, görüş İsveçrənin paytaxtı Cenevrədə keçirilib.

Görüş zamanı iki ölkə liderləri bir-birinin əlini sıxıblar.

Qeyd edək ki, prezidentlər görüşünün keçiriləcəyi La Qranj villasına ilk olaraq Putin, ondan 12 dəqiqə sonra Bayden daxil olub.