Almaniyada silahlı hücum - Ölənlər var

 16:30 17.06.2021     386

Almaniyanın qərbindəki Espelkamp qəsəbəsində silahlı hücum olub.

Redaktor.az bildirir ki, bu "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, bir nəfər silahlı şəxs ətrafdakı insanlara atəş açıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törədən şəxsin hadisə yerindən qaçdığı bildirilir.

Orxan İsmayılov / Redaktor.az