Türkiyədə ağır yol qəzası - Ölənlər var

 18:47 20.06.2021     300

Türkiyədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az bildirir ki, hadisə Girəsunda qeydə alınıb. Hərəkətdə olan avtomobil dərəyə yuvarlanıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. 

Orxan İsmayılov / Redaktor.az