Şəhərə hücum edən silahlı dəstə ardıcıl qətllər törədib

 20:43 20.06.2021     370

Meksikanın Tamaulipas əyalətində silahlı dəstənin fərqli nöqtələrdə həyata keçirdiyi hücumlarda 14 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Redaktor.az bildirir ki, silahlı dəstə ilk olaraq Bienestar məhəlləsində 3 nəfərlik ailə üzvlərini öldürərək avtomobillərini ələ keçirib. Daha sonra isə yaxınlıqdakı dükanı atəşə tutublar və dükan sahibi öldürülüb.

Bundan sonra sözügedən dəstə üzvləri digər cinayət hadisələri də törədiblər. Almaquer məhəlləsində 2 qadın girov götürülüb. 

Təhlükəsizlik qüvvələri ilə dəstə arasında baş verən atışma nəticəsində dəstənin bir üzvü öldürülüb, qalanları isə qaçmağı bacarıb.

Orxan İsmayılov / Redaktor.az