SON DƏQİQƏ: Putin əmr verdi - Hər an ABŞ-Rusiya müharibəsi başlaya bilər

 18:33 22.06.2021     1029

Rusiya donanması böyük hərbi qüvvə ilə Havay adalarına yaxınlaşıb.

Redaktor.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin əmri ilə 20-dək gəmi, sualtı qayıqlar, dəstək vasitələri və 20 təyyarədən ibarət hərbi texnika Havaydan 35 mil (təxminən 55 km) məsafəyədək irəliləyib. 

Bunun müqabilində ABŞ F-22 döyüş təyyarələri havaya qalxaraq onları yaxından izləyib. Həmçinin, ABŞ-a aid "USS Carl Vinson" və "USS Dewey" döyüş gəmiləri Havay adalarına göndərilib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə Tu-142 döyüş təyyarələrinin havaya qalxdığı anlar öz əksini tapıb. Təxminən 9 980 kilometr məsafəni qət edən Tu-142 təyyarələri də havada yanacaqla təmin edilib.

Həm hava, həm də quruda təşkil olunan genişmiqyaslı təlimlərdə mühüm tapşırıqlar icra olunub.

Orxan İsmayılov / Redaktor.az

222222