Qardaş ölkədə dəhşətli hadisə - Ölənlər var

 11:34 23.06.2021     511

Pakistanın Hayber-Pahtunhva əyalətindəki Haripur şəhərinin Xanpur qəsəbəsində torpaq sürüşməsi baş verib.

Redaktor.az bildirir ki, sürüşmə zamanı bir çox insan dağıntılar altında qalıb. Ərazidəki zavodun üzərinə düşən nəhəng qayalar tikinti texnikasına ciddi zərər verib.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Dağıntılar altında qalanları xilas etmək üçün tədbirlər görülür. 

Orxan İsmayılov / Redaktor.az