Yaponiyada vulkan püskürüb

 14:13 23.06.2021     481

Yaponiyanın Kaqoşima prefekturasının Suvanose adasındakı Otake vulkanında püskürmə baş verib.

Redaktor.az bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat verib.

Yerli sakinlərə püskürmə zamanı qaya parçalarının 2 kilometr radiusda düşə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Orxan İsmayılov / Redaktor.az