Dünya təşviş içindədir - Delta variantı sürətlə yayılır

 12:37 24.06.2021     395

Hindistan Səhiyyə Nazirliyi AY.1 olaraq da adlandırılan koronavirusun Delta variantının digər növlərdən daha tez yayıldığını, ağciyər hüceyrələrinə daha asan keçdiyini və antikor müalicəsinə müqavimət göstərdiyini bildirib.

Redaktor.az xəbər verir ki, mutasiyaya uğradığı düşünülən bu növ daha asan və daha sürətli yayılma, daha şiddətli xəstəlik və antikorlara qarşı müqavimət kimi meyarlardan heç olmasa birinə cavab verərsə, "narahatlıq variantı" kimi təsnif edilə bilər.

Viroloq Qaqandeep Kanq Delta variantı ilə bağlı iddiaların doğruluğunu sübut edəcək məlumatın olmadığını qeyd edib. Onun sözlərinə görə, yeni variantın təhlükəli olub-olmadığını nlamaq üçün bioloji və klinik məlumatlara ehtiyac var.

Orxan İsmayılov / Redaktor.az