SSRİ-nin ən məşhur cibgiri öldü: 7 HƏBS, 38 İL MƏHKUMLUQ

 00:19 02.07.2021     86

Rusiyanın Sankt-Peterburq şəhərində 84 yaşlı "qanuni oğru" Valentin Qudiyevski vəfat edib.

Redaktor.az xəbər verir ki, "Derten" ləqəbli Qudiyevski 7 dəfə həbs həyatı yaşamışdı.  O, ümumilikdə 38 il həbsə məhkum edilmişdi. Kriminal aləmdə haqqında əfsanələr dolaşan "Derte"nin bütün həbslərinin səbəbi cibgirlik olmuşdu. 

Qudiyevski bir də 70 yaşında cibgirlikdən əl çəkib sakit həyata başlamışdı. O, keçmiş SSRİ və ya Rusiyanın ən məşhur cibgiri hesab edilirdi. "Derten" Avropada da cibgirliklə məşğul olmuşdu. O, tez-tez bu və ya digər Avropa ölkəsinə "qastrol"a gedir, cibgirlik edirdi. Bu illər ərzində o, Avropada iki dəfə ilişmişdi - Çexiya və Almaniyada. Hər dəfə də qısa müddətli həbsdən sonra azad edilmişdi.

Məlumata görə, Qudiyevski koronavirusdan dünyasını dəyişib. //Lent.az.