Ankara faciənin eşiyindən döndü: SAXLANILANLAR VAR

Türkiyənin paytaxtı Ankaranı qana boyamaq istəyən 3 terrorçu saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ankara polisi məlumat yayıb.
Qeyd olunub ki, Suriyadan Ankaraya gələn PKK/PYD terror təşkilatının 3 üzvü bombalı hücum planlaşdırıblar. Belə ki, terrorçular Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatına cavab olaraq sözügedən addımı atmaq istəyiblər.
Saxlanılan terrorçular məhkəmənin qərarı ilə həbs olunub. //Axar.az.