Putindən qərar: Rusiya hərbi gəmiləri bu ölkəyə gedir

 04:14 02.07.2021     101

Rusiya Sudanda hərbi donanması üçün mərkəz yaradır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb.

Qanuna əsasən, Sudan və Rusiyanın Hərbi Dəniz Qüvvələri üçün maddi-texniki mərkəz yaradılacaq. Qanunun təsdiqi üçün Dövlət Dumasının razılığı lazımdır.

Bildirilib ki, Sudan öz ərazisində logistika mərkəzinin yaradılmasına, eləcə də Rusiya hərbi gəmilərinin təmiri, rus hərbçilərinin istirahəti üçün infrastrukturun inkişafı və modernləşdirilməsinə razıdır. //Axar.az.