Məşhur aktyor vəfat edib

 10:43 02.07.2021     535

Türkiyəli rejissor, ssenarist və aktyor Kartal Tibet 83 yaşında vəfat edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə aktyor Civan Canova “Instagram”da bildirib.

Qeyd edək ki, Kartal Tibet 1938-ci ildə Ankarada dünyaya gəlib. K. Tibet Ankara Universiteti Dövlət Konservatoriyasının teatr fakültəsindən məzun olub. O, 200-ə yaxın filmlə Türkiyə kinosuna töhfə verib. K. Tibet, son olaraq 2006-cı ildə “Dünyanı xilas edən adamın oğlu” və “Amerikalılar Qara dənizdə 2” adlı filmlərin rejissoru olub. //APA