Ukraynadan Lukaşenkoya cavab: "ABSURD İTTİHAMDIR"

 04:18 03.07.2021     140

"Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynadan silah daşınması ilə bağlı sözləri absurd ittihamdır".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.

“Ukrayna, Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəmizdən silah tədarükü ilə əlaqədar sözlərini qəti şəkildə rədd edir. Biz heç vaxt Belarusun daxili işlərinə qarışmamışıq. Bunu gələcəkdə də etmək niyyətində deyilik. Şimal sərhədinin təhlükəsizlik məkanı olaraq qalması üçün Minskdən də eyni mövqeyi gözləyirik”, - deyə sözçü bildirib.

Qeyd edək ki, Belarus Prezidenti A.Lukaşenko Ukraynadan ölkəsinə silah daşınmasını iddia edərək sərhədlərin bağlanılması barədə əmr verib. //Axar.az.