Fici sahillərində güclü zəlzələ olub

Fici arxipelaqı yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Ficinin paytaxtından 470 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 605,6 km dərinlikdə olub.
Sunami təhlükəsi barədə məlumat verilməyib. //AZƏRTAC