Bir ailənin yeddi üzvü yanaraq ölüb - Kanada

 10:14 03.07.2021     236

Kanadanın qərbindəki Alberta vilayətində yerləşən fərdi evdə baş verən yanğın nəticəsində dördü uşaq olmaqla yeddi nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “CTV” məlumat yayıb.

Yanğın Kalqari şəhərindən 16 kilometr aralıda yerləşən Çestermer şəhərində qeydə alınıb.

Qeyd olunub ki, evdə iki müsəlman ailə yaşayırmış. Ölənlər bir ailənin üzvü olub. Hazırda yanğının səbəbləri müəyyənləşdirilir. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən