Erməni millət vəkili Ərdoğanı təriflədi - "Biz onun sayəsində..."

 11:04 03.07.2021     586

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Markar Esayan "Twitter" hesabında Ara Güler muzeyinə verilən mükafat haqqında yazıb.

Redaktor.az xəbər verir ki, erməni millət vəkili preizdent Rəcəb Tayiib Ərdoğanla bağlı xoş sözlər söyləyib:

"Ərdoğandan əvvəl adımızı söyləməkdən qorxurduq və kimliyimizi gizlətməldirdik. İndi mərhum erməni sənətkarımız Ara Güler ən yüksək dövlət mükafatına layiq görülüb. Süryani qardaşlarımız ilk dəfə Ərdoğanın iradəsi ilə kilsələrini qurmağa hazırlaşırlar. Bütün bunlar partiyamımızın, Ərdoğanın heç kimə fərq qoymadığını, Türkiyədə yaşayan bütün millətlərin tək vətəni, tək bayrağı olduğunu göstərir".