SON DƏQİQƏ: Neft borusu partladı - VİDEO

 11:42 03.07.2021     995

Meksikanın dövlət neft şirkəti "Pemex"in (Petroleos Mexicanos) sualtı boru kəməri dənizin 78 metr dərinliyində partlayıb.

Redaktor.az xəbər verir ki, partlayış Meksika körfəzi yaxınlığındakı Kampeçe əyaləti sahillərində neft sızması səbəbindən baş verib.

Partayışdan sonra yaranan güclü yanğının söndürülməsi üçün 3 gəmi cəlb olunub. Məlumata görə, yanğının təxminən 400 metr məsafədəki Ku Sierra platformasına keçməsinin qarşısı alınmağa çalışılır.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Orxan İsmayılv / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən