FƏLAKƏT: Evlər, avtomobillər, insanlar torpaq altında qaldı - FOTO

Yaponiyada torpaq sürüşməsi böyük fəlakətə səbəb olub.
Redaktor.az xəbər verir ki, Tokionun cənub-qərbindəki Atami qəsəbəsində qeydə alınıb. Binalar, avtomobillər palçıq qatının altında qalıb.
Hadisə nəticəsində 19 nəfər itkin düşüb. Ərazidə 300-ə yaxın evin elektrik enerjisi kəsilib.
Qeyd edək ki, sürüşmə baş verən ərazi tətil bölgəsi hesab olunur.
Orxan İsmayılov / Redaktor.az



