İstanbulda sel nəticəsində evlər su altında qalıb

 19:02 03.07.2021     99

İstanbulun Şilə bölgəsində yağan leysan nəticəsində sel əmələ gəlib.

Redaktor.az xəbər verir ki, sel nəticəsində bəzi evləri su basıb. Evlərdə qalan vətəndaşlar xilaetmə qrupları tərəfindən təxliyyə olunub. İşlər davam etdirilir.

Qeyd edək ki, Bursada da leysan nəticəsində bəzi evlər su altında qalıb. //Apa.az.