Rusiyada son 5 ayda rekord göstərici

 19:42 03.07.2021     102

Rusiyada son sutkada 24 439 koronavirusa yoluxma faktının qeydə alınması ilə günlük koronavirusa yoluxma hallarında son 5 ayın (yanvarın 15-dən) rekord göstəricisi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərargahı məlumat verib.

Məlumatda qeyd edilir ki, son 24 saat ərzində 697 pasiyent xəstəlikdən vəfat edib. Ölkədə infeksiya qurbanlarının ümuumi sayı 137 262-dir.

Ölkə üzrə ümumilikdə 5 585 799 nəfər koronavirusa yoluxub, onlardan 5 053 417-si sağalıb. //Qafqazinfo.az.