Türkiyə bir ayda 92 terrorçunu məhv edib

 19:21 03.07.2021     74

Türkiyə hökuməti ölkə daxilində və dövlət sərhədlərinin cənub istiqamətində terrorçuluğa qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı məlumat verib.

O bildirib ki, bu ilin iyununda ölkə daxilində 4-ü genişmiqyaslı olmaqla ümumilikdə 11 min 914 antiterror əməliyyatı keçirilib. Bu əməliyyatlar nəticəsində 92 terrorçu məhv edilib. Onlardan yeddisi təhlükəli terrorçu qismində axtarışda olub. İyunda 12 terror aktının qarşısı alınıb. //Axar.az.