DƏNİZDƏ FACİƏ: 40-dan çox adam batıb

 21:03 03.07.2021     109

Mühacirlərin olduğu qayıq Ağ dənizdə - Tunisin qərb sahilində batıb. 

Redaktor.az xəbər verir ki, Tunis  Qızıl Aypara Komitəsinin məlumatına görə, qəzada çox sayda insan həyatını itirib. 

Gəmidəkilərin Liviyadan İtaliyaya keçmək istəyən mühacirlər olduğu bildirilir. Məlumata görə, faciə zamanı 43 nəfər batıb, 84 nəfər xilas edilib.

Liviyanın şimal-qərb sahilindəki Zuvaradan yola düşən qayıqda Misir, Sudan, Eritreya və Banqladeşdən mühacirlər olub. //Lent.az.