Litvada fövqəladə vəziyyət elan edilib

 20:45 03.07.2021     93

Litva hökuməti Belarus ilə sərhəddə qanunsuz miqrant axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, Litvanın daxili işlər naziri Aqne Bilotayte bununla əlaqədar fövqəladə əməliyyat üzrə operativ rəhbər təyin edilib.

Litvanın Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, sərhədçilər gün ərzində dövlət sərhədini qanunsuz şəkildə keçməyə çalışan 150 miqrantı saxlayıblar. Bu da əvvəlki sutkalıq göstəricilərdən təxminən üç dəfə çoxdur. Hazırda qeyri-leqal miqrantların yerləşdirilməsi məqsədilə 835 nəfərlik yer ayrılıb. Həmin yerlərdən 500-ü artıq tutulub. //Axar.az.