Haitidə təyyarə düşüb, 6 NƏFƏR HƏLAK OLUB

Haitinin paytaxtı Port-o-Prens şəhərində yüngülmühərrikli təyyarənin düşməsi nəticəsində 6 nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, nəqliyyat vasitəsinin göyərtəsində altı nəfər olub, onların hamısı həlak olub. İlkin məlumata görə, onlardan ikisi qonşu Dominikan Respublikasının vətəndaşlarıdır. İnsidentin baş vermə səbəbləri araşdırılır. //Qafqazinfo.az.