Türkiyədə tur qayığı batıb: XƏSARƏT ALANLAR VAR

Türkiyənin Muğla şəhərinin Fəthiyyə bölgəsində tur qayığı batıb.
Redaktor.az xəbər verir ki, qayığın batması nəticəsində biri uşaq olmaqla üç nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qayıqda 38 nəfər olub. Qayığın batma səbəbi hələlik məlum deyil. //Oxu.az.