Məşhur dələduz Türkiyəyə gətirilib

 09:25 04.07.2021     262

Türkiyədə “Çiftlik Bank” sistemi yaradaraq insanların külli miqdarda pullarını mənimsəyən Məhməd Aydın Braziliyadan Türkiyəyə gətirilib.

Redaktor.az xəbər verir ki, dələduzun olduğu təyyarə İstanbul Hava Limanına eniş edib.

M.Aydın dərhal Maliyyə Cinayətləri Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Aydın müvafiq hüquqi prosedurlardan sonra İstanbul Əmniyyət Təşkilatına təhvil veriləcək.

Onun barəsində 4 gün həbs-qətiimkan tədbiri seçilib.

Xatırladaq ki, bir neçə gün əvvəl məşhur dələduz Braziliyada könüllü şəkildə təslim olmaq qərarına gəlib. //Axar.az.