92 nəfərin olduğu hərbi təyyarə qəzaya uğradı: 17 ÖLÜ - FOTO

Filippində hərbi təyyarə qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, Filippin Baş Qərargah rəisi general Sirilito Sobehana hərbi təyyarənin Sulu vilayətindəki Xolo adasına enməyə çalışarkən qəzaya uğradığını bildirib.
Qəza yerində araşdırmalar davam edir.
***
Göyərtəsində 3 pilot və 5 digər ekipaj üzvü ilə birlikdə 92 nəfərin olduğu C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 17 nəfər ölüb, 40 nəfər isə yaralıdır.
Bu barədə ölkənin müdafiə naziri məlumat yayıb. //Axar.az.