Roma Papasının səhhətində problem yaranıb?

Roma Papası Fransisk əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, məlumatı Vatikanın rəsmi nümayəndəsi Matteo Bruni təsdiqləyib.
Semptomatik darlıq (divertiküler bağırsaq xəstəliyi) əməliyyatı Romanın “Djemelli” xəstəxanasında baş tutacaq.
Prosedur başa çatdıqdan sonra sosial şəbəkələrdə elan veriləcəyi qeyd olunub. //Axar.az.