Məhməd Aydının ilk ifadəsi ortaya çıxıb

 20:26 04.07.2021     296

Türkiyədə qırmızı bülletenlə axtarışda olan “Çiftlik Bank”ın qurucusu Məhməd Aydının ilk ifadəsi ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, Aydının ilk ifadəsinin İstanbul hava limanında prokurorluğun nümayəndələri tərəfindən alındığı bildirilib.

Barəsində 4 gün müddətinə həbs qərarı verilən Aydın İstanbul Əmniyyət Müdirliyinə gətirilib.

Aydın ifadəsində borcunun böyük bir hissəsini ödədiyini və qalan hissəsini də ödəyəcəyini iddia edib.

"Niyə təslim oldun?" sualına Aydın cavabında çox çətinlik çəkdiyini, həyat yoldaşı ilə problem yaşadığını və boşanma nöqtəsinə gəldiyini, eyni zamanda yaşadığı ölkələrdə çətinliklərin olduğunu bildirib.

Qeyd edək ki, M.Aydın ötən gün Braziliyadan Türkiyəyə gətirilib. //Axar.az.