Osmanlı şahzadəsi evlənib

 01:02 05.07.2021     240

Osmanlı xanədanının şahzadəsi titulunu daşıyan 24 nəfərdən biri olan Yavuz Səlim Osmanoğlu ailə həyatı qurub.

Redaktor.az verir ki, o, qida mühəndisi kimi çalışan Damla İşıq adlı xanımla evlənib.

Cütlüyün toy mərasimi İstanbulda baş tutub.

Qeyd edək ki, Yavuz Səlim sultan II Əbdülhəmidin beşinci nəsildən nəvəsi sayılır. //Haberglobal.com