Bayden İsrail prezidenti qarşısında diz çöküb - FOTO

 04:04 05.07.2021     98

Ötən həftə ABŞ və İsrail prezidentləri Co Baydenlə Reuven Rivlin arasında Vaşinqtonda mətbuata qapalı görüş keçirilib.

Redaktor.az xəbər verir ki, görüş zamanı Ağ Evin mətbuat xidməti tərəfindən çəkilən şəkil bugünlərdə sosial şəbəkələrdə yayılıb və böyük səs-küyə səbəb olub.

Fotoda Baydenin İsrail prezidenti qarşısında diz çökdüyü görünür.

“The Times of Israel” bildirib ki, əslində ABŞ prezidenti Rivlinin yanında dayanmış xanım köməkçisinin 12 uşaq anası olduğunu öyrəndikdən sonra qadına qarşı belə bir jest edərək hörmətini ifadə edib. //Haberglobal.com.

2