Rusiyaya getmək istəyən israillilər təyyarədən düşürülüb

Rusiyaya uçmağa çalışan 20-dən çox israilli təyyarədən endirilib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Naftali Bennett məlumat verib.
O qeyd edib ki, dövlətin xüsusi icazəsi olmadan epidemioloji vəziyyətdə ölkədən uçmağa çalışan vətəndaşlar təyyarədən düşürülüb:
"Qırmızı" ölkələrə uçmaq yalnız icazə ilə mümkündür və bildirirəm ki, bundan yayınmağa çalışan insanlar təyyarədən endirilib". //Axar.az.