Nigeriyada silahlılar 140 məktəblini girov götürüb

Nigeriyada silahlılar 100-dən çox məktəblini girov götürüb.
Redaktor.az bildirir ki, silahlılar Nigeriyanın şimal qərbində Kaduna əyalətində internat məktəbinə hücum edərək 140 şagirdi girov götürüb.
Kaduna əyalətindəki Bethel Baptist Liseyinin müəllimi Emmanuel Paul AFP-yə açıqlamasında bildirib ki, girov götürülən uşaqlardan yalnız 25-i qaça bilib.
"Şagirdlərin hara aparıldığına dair hələ bir fikrimiz yoxdur", - deyə o qeyd edib. //APA