Ceff Bezos "Amazon"dakı vəzifəsindən gedib

 20:47 05.07.2021     315

Dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı Ceff Bezos 26 il əvvəl qurduğu şirkətin baş direktoru vəzifəsindən gedib.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında məlumat verilib.

Şirkətin səlahiyyətləri isə əvvəllər "Amazon Web Services" şirkətinə rəhbərlik edən Endryu Cessi keçib. Bundan sonra Ceff şirkətdəki işinə sadəcə İdarə Heyətinin sədri olaraq davam edəcək. //Axşam.az.