Ağ Ev neftin bahalaşmasından narahatdır

 06:15 06.07.2021     299

Ağ Ev neft qiymətlərinin artması və ABŞ istehlakçılarına təsirindən narahatdır.

Redaktor.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Cen Psaki bununla bağlı brifinqdə bildirib:

“Bizim qənaətimizcə, dünyada neft hasilatı üçün istehsal gücü kifayət qədərdir”.

Ağ Ev rəsmisi həmçinin prezident Co Baydenin benzin vergisinin artırılmasına qarşı çıxarkən istehlakçıları düşündüyünü də deyib.

Hazırda ABŞ-da hasilatın həcmi sutkada 11 milyon bareldir. Ötən ilin yanvar ayında isə bu rəqəm 13 milyon barelə çatmışdı. //Report.az