OPEK+ nazirlərinin görüşünün təxirə salınması təsdiqləndi

 04:09 06.07.2021     53

OPEK+ nazirlərinin bu gün keçirilməli olan görüşü təxirə salınıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindonun OPEK+ nümayəndə heyətlərinin rəhbərlərinə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir ki, OPEK+ nazirlərinin iyulun 5-də keçirilməli olan görüşünün təxirə salınması qərarı konfransın sədri və həmsədri olan Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman əl-Səud və Rusiyanın baş nazirinin müavini Aleksandr Novakla məsləhətləşmələrdən sonra qəbul edilib:

"Yeni görüşün vaxtı daha sonra açıqlanacaq və biz müvafiq qaydada sizi məlumatlandıracağıq". //Trend.az